satellite   Azerspace-1: 11135 H 30000

Cənubi Koreyanın keçmiş ədliyyə nazirinə 25 illik həbs cəzası verilib

Cənubi Koreyanın keçmiş ədliyyə nazirinə 25 illik həbs cəzası verilib

Məhkəmə Cənubi Koreyanın keçmiş ədliyyə naziri Park Sonq Ceni sabiq prezident Yun Sok Yol ilə əlbir olaraq ölkədə hərbi vəziyyət elanı ilə konstitusiya quruluşuna qarşı qiyamın təşkilində iştirakına görə 25 il azadlıqdan məhrum edib.

NTV  Yonhap agentliyinə istinadla xəbər verir ki, Seul məhkəməsi xüsusi prokuror Ço Eun Sukun komandasının tələb etdiyi 20 illik həbsini üstələyən ağır cəzaya qərar verib.

Prokurorlar qrupu sabiq ədliyyə nazirini qiyamda əsas rol oynamaqda və hərbi vəziyyətin elanından sonra nazirliyin yüksəkvəzifəli şəxslərinin iclasını çağırmaqla səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham edib. Məhkəmə istintaqın gedişində sübutları məhv edə biləcəyi ilə bağlı narahatlıqlarını əsas gətirərək, Park Sonq Cenin saxlanılmasına qərar vermişdi.

Məhkəmənin gedişində prokurorların ittihamları sübuta yetirilib.

Qeyd edək ki, 2024-cü il dekabrın 3-də Cənubi Koreyanın ozamankı Prezidenti Yun Sok Yol ölkədə Şimali Koreya tərəfdarları ilə mübarizə aparmağın zəruriliyini əsas gətirərək hərbi vəziyyət rejimi elan edib. Cənubi Koreya prokurorluğu onu qiyamda günahlandırdıqdan sonra Konstitusiya Məhkəməsi 2025-ci ilin aprelində prezidentin impiçmentini təsdiqləyib. Cari ilin fevralında Seul məhkəməsi ölkədə hərbi vəziyyətin elan edilməsi və konstitusiya quruluşuna qarşı qiyam üzrə cinayət işi ilə əlaqədar Cənubi Koreyanın keçmiş Prezidenti Yun Sok Yolu təqsirli bilərək, ona ömürlük azadlıqdan məhrumetmə cəzası verib. Bundan başqa, keçmiş baş nazir Han Dak Su və keçmiş müdafiə naziri Kim Yonq Hyun haqqında da məhkəmənin azadlıqdan məhrumetmə cəzaları var.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM