satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanlılar Gürcüstan əhalisinin 7 faizini təşkil edir

Azərbaycanlılar Gürcüstan əhalisinin 7 faizini təşkil edir

Gürcüstan əhalisinin 96,1 faizi və ya 3 milyon 775 min nəfəri Gürcüstan vətəndaşlarıdır. Onlardan 8865 nəfəri ikili vətəndaşlığa malikdir.

NTV xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidmətinin direktoru Qoqita Todradze 2024-cü il əhali siyahıyaalmasının nəticələri barədə danışarkən bildirib.

Onun sözlərinə görə, ölkədəki xarici vətəndaşların payı 3,4 faizdir ki, bu da 134 min nəfər təşkil edir. 1063 nəfər isə vətəndaşlığı olmayan şəxslərdir.

Əhalinin 62 faizi şəhər yaşayış məntəqələrində, 38 faizi isə kənd yerlərində yaşayır. Şəhər əhalisinin xüsusi çəkisi son on ildə 5 faiz artıb. Əhalinin 34 faizi Tbilisidə yaşayır.

Tbilisi ilə yanaşı, Acarıstan Muxtar Respublikası və Kvemo Kartlidə də əhali artıb, qalan bölgələrdə isə azalma tendensiyası müşahidə olunub.

Əhalinin 84,1 faizi və ya 3,3 milyon nəfəri etnik gürcülərdir. Ölkədə yaşayan gürcülərin sayı 2,5 faiz və ya 80 min nəfər artıb. Sonrakı yerdə 269 min nəfərlə azərbaycanlılardır, bu da ümumi əhalinin 7,1 faizini təşkil edir. Üçüncü yerdə 4,3 faiz payla ermənilər gəlir. Sonrakı yerdə 1,1 faiz ilə ruslar və 0,6 faiz ilə hindlilər gəlir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM