İran və ABŞ arasında texniki danışıqlar yaxın günlərdə və ya həftələrdə bərpa olunacaq.
NTV xəbər verir ki, ABŞ Vitse-prezidenti Ceyms Devid Vens bu barədə mətbuat konfransında deyib.
“Komandamız İran tərəfi, həmçinin Qətər və Pakistanla işləyir və dünən irəliləyiş əldə edilib. Texniki işlər qarşıdakı həftələr və günlərdə davam edəcək”, - deyə Ceyms Devid Vens bildirib.
Qeyd edək ki, son həftələr İsrail Livana yenidən hava zərbələri endirib. Xüsusilə ölkənin cənub bölgələrinə edilən hücumlar nəticəsində onlarla insan həlak olub və yaralanıb. Hərbi əməliyyatlar İran-ABŞ danışıqlarına da təsir göstərib. Tehran Livanda atəşkəsin yerinə yetirilməsini diplomatik proses üçün vacib şərt kimi irəli sürüb.
