Hindistanın mərkəzində yerləşən Uttar-Pradeş ştatının Lakhnau şəhərindəki təhsil mərkəzində baş verən yanğın nəticəsində azı 14 nəfər həlak olub.
NTV xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, yanğın zamanı binada 16 və 17 yaşlı şagirdlər olub. Onlar pəncərələrdən tullanaraq alov və qatı tüstüdən canlarını qurtarmağa çalışıb.
Hazırda yanğınsöndürənlər və xilasedicilər hadisə yerində çalışır. Binadan onlarla insan təxliyə edilib. Yanğının səbəbi hələ ki, məlum deyil. Hadisə ilə bağlı təhqiqat aparılır.
