satellite   Azerspace-1: 11135 H 30000

Avstraliya çimərliyində "kosmik toplar"a bənzəyən sirli obyektlər aşkar olunub

Avstraliya çimərliyində "kosmik toplar"a bənzəyən sirli obyektlər aşkar olunub

Avstraliyanın Kvinslend ştatında yerləşən Forrest çimərliyində "kosmik toplar"a bənzədilən və mənşəyi bilinməyən bir neçə naməlum obyekt aşkar olunub. Hazırda onların tərkibi və mənşəyi ilə bağlı araşdırma aparılır.

NTV BBC telekanalına istinadla xəbər verir ki, Kvinslend polisi iyulun 3-də Taunsvil şəhərinin şimalındakı Forrest çimərliyində naməlum obyektlərin aşkarlanması barədə məlumat aldıqdan sonra hadisə yerinə cəlb olunub. Həmin gün üç, ertəsi gün isə daha bir obyekt tapılıb.

İlkin ehtimallara görə, obyektlərin tərkibində təhlükəli kimyəvi maddələr var və bu səbəbdən də Kvinslend Yanğından Mühafizə Xidmətinin ixtisaslaşmış qrupları onları təhlükəsiz şəkildə mühafizə altına alıb. Ərazi ətrafında 50 metrlik təhlükəsizlik zonası yaradılıb və əməliyyatlar davam etdirilir.

Avstraliya Kosmik Agentliyi obyektlərin təbiəti və mənşəyinin müəyyənləşdirilməsi istiqamətində polis və digər aidiyyəti qurumlarla birgə işləyir. Rəsmilər bildiriblər ki, hazırda yerli əhali üçün hər hansı təhlükə qeydə alınmayıb və hadisə cinayət xarakterli insident kimi araşdırılmır.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM