satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Jurnalistlərinin IX Qurultayı oktyabrın 15-də keçiriləcək

Azərbaycan Jurnalistlərinin IX Qurultayı oktyabrın 15-də keçiriləcək

Bu il oktyabrın 15-də Azərbaycan Jurnalistlərinin IX Qurultayı keçiriləcək.

Bu barədə NTV-yə Mətbuat Şurasından məlumat verilib.

Bildirilib ki, iştirakçı sayını optimallaşdırmaq üçün qurultayda gündəlik qəzetlərdən, informasiya agentliklərindən 2, həftəlik qəzetlərdən, jurnallardan, xəbər saytlarında və jurnalist təşkilatlarından 1 nümayəndənin iştirakı məqbul sayılıb. Təklif səsə qoyularaq qəbul olunub.

TK-nın qarşıdakı iş planı ətrafında müzakirə aparılarkən bildirilib ki, Mətbuat Şurasına üzv təşkilatlar həm qurultayda iştirak edəcək nümayəndələrinin adlarını, həm də qurumun İdarə Heyətinə namizədlərinin siyahısını oktyabrın 12-dək TK-ya təqdim etməlidirlər. Bunun üçün MŞ-nin "presscouncil.az" rəsmi internet səhifəsində ayrıca "Azərbaycan Jurnalistlərinin IX Qurultayı" bölməsi yaradılacaq.

"Azərbaycan Jurnalistlərinin IX Qurultayı" bölməsində ilkin olaraq iki anket yerləşdiriləcək. Birinci anketə üzv təşkilatlar İH üzvlüyünə namizədlərinin, ikinciyə isə qurultayda iştirak edəcək nümayəndələrinin adlarını qeyd edəcəklər.

Müvafiq olaraq, birinci anketdə gündəlik qəzetlər və informasiya agentlikləri 2, həftəlik qəzetlər, saytlar və jurnalist təşkilatları 1 nümayəndə adı göstərib TK-ya təqdim edəcəklər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM