satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstanın Müdafiə Nazirliyində kompleks yoxlama aparmaq üçün komissiya yaradılıb

Qazaxıstanın Müdafiə Nazirliyində kompleks yoxlama aparmaq üçün komissiya yaradılıb

Qazaxıstanın Müdafiə Nazirliyində işlərin vəziyyəti, o cümlədən hərbi bölmələrin maliyyə və maddi-texniki təminatı kompleks şəkildə yoxlanılacaq.

NTV Akordaya istinadla xəbər verir ki, bununla bağlı komissiyanın yaradılması barədə sərəncamı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev imzalayıb.

Komissiyaya Qazaxıstan Təhlükəsizlik Şurası sədrinin müavini Aida Balayeva rəhbərlik edir. Komissiya sədrinin müavini vəzifəsinə Ali Audit Palatasının sədri Əlixan Smayılov təyin edilib.

Komissiyaya görülən işlərin ilkin nəticələri barədə yeddi gün müddətində məruzə etmək tapşırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM