satellite   Azerspace-1: 11135 H 30000

Media: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı əldə etməyə çalışa biləcəyini düşünür

Media: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı əldə etməyə çalışa biləcəyini düşünür

ABŞ kəşfiyyat orqanları Səudiyyə Ərəbistanının nüvə silahı proqramı hazırlamağı nəzərdən keçirə biləcəyini istisna etmirlər.

NTV xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti ABŞ administrasiyasındakı mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, ABŞ Konqresinə təqdim olunan məxfi sənədlərdə Ər-Riyadın nüvə proqramını hərbi məqsədlərə yönəltməsi ehtimalı ilə bağlı kəşfiyyat qiymətləndirmələri yer alıb. Bu vəziyyət ABŞ Prezidenti Donald Trampın Səudiyyə Ərəbistanının dinc nüvə proqramına dəstək barədə razılaşmasına dair bəzi qanunvericilərin narahatlığını artırıb.

Qəzetin məlumatına görə, Konqres razılaşmanı 90 gün ərzində nəzərdən keçirir və sənədin qüvvəyə minməsinin qarşısını ala bilər.

İyulun 22-də ABŞ Energetika Nazirliyi Vaşinqton və Ər-Riyad arasında Səudiyyə Ərəbistanının dinc nüvə proqramına ABŞ dəstəyi ilə bağlı saziş imzalandığını açıqlayıb. Sazişin ABŞ şirkətlərinə Krallığın nüvə energetikası proqramında iştirak üçün imkanlar yaratdığı bildirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM