satellite   Azerspace-1: 11135 H 30000

Rusiya Ermənistandan balıq və süd məhsullarının idxalına qoyulan qadağanı qüvvədə saxlayır

Rusiya Ermənistandan balıq və süd məhsullarının idxalına qoyulan qadağanı qüvvədə saxlayır

Rusiya əvvəllər aşkar edilmiş pozuntuların aradan qaldırıldığını təsdiq edən sənədlər təqdim edilmədiyinə görə Ermənistandan balıq və süd məhsullarının idxalına qoyulan məhdudiyyətləri qüvvədə saxlayır.

NTV xəbər verir ki, bu barədə Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətdən (Rosselxoznadzor) bildirilib.

“Ermənistan tərəfinin balıq və süd məhsullarının istehsalı zamanı yol verilmiş pozuntuların aradan qaldırıldığını təsdiq edən sənədlər Rosselxoznadzora təqdim edilməyib. Ermənistanın Nəzarət Orqanından yalnız təminatlar və müraciətlər daxil olub. Məhdudiyyətlərin aradan qaldırılması üçün bu, kifayət deyil. Bununla bağlı məlumat Ermənistan tərəfinə göndərilib”, – deyə qurumun məlumatında qeyd olunur.

Xatırladaq ki, Rusiya tərəfi daha əvvəl aşkar edilmiş pozuntularla əlaqədar Ermənistandan bir sıra məhsulların tədarükünə məhdudiyyətlər tətbiq edib və xüsusilə də mineral suya, alkoqollu içkilərə, tərəvəzlərə, meyvələrə, balıq və süd məhsullarına şamil olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM