satellite   Azerspace-1: 11135 H 30000

Anar Quliyev: Bakının Baş planı yeni investisiya imkanları yaradır

Anar Quliyev: Bakının Baş planı yeni investisiya imkanları yaradır

Bakının Baş planı şəhərin uzunmüddətli inkişaf perspektivlərini müəyyən edir.

NTV xəbər verir ki, bu sözləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Yaranan investisiya istiqamətləri: Daşınmaz əmlak, turizm və şəhərsalma” mövzusunda panel müzakirəsindəki çıxışında deyib.

Onun sözlərinə görə, Bakı şəhərinin 2040-cı ilədək inkişafını nəzərdə tutan Baş planda regional və yerli mərkəzlər arasında balansın təmin edilməsi, müasir infrastrukturun yaradılması və şəhərin yaşıllaşdırılması məsələlərinə xüsusi diqqət yetirilir.

Bildirilib ki, Baş plan yalnız şəhərsalma baxımından deyil, yeni investisiya imkanlarının formalaşdırılmasında da mühüm əhəmiyyət daşıyır.

Komitə sədri vurğulayıb ki, əsas məqsəd yalnız şəhərin inkişafını təmin etmək deyil, həm də infrastrukturu uzunmüddətli və dayanıqlı şəkildə formalaşdırmaqdır.

Anar Quliyev Bakının keçmiş sənaye ərazilərinin yenidən qurulmasını bu yanaşmanın nümunələrindən biri kimi qeyd edib. Onun sözlərinə görə, vaxtilə “qara şəhər” kimi tanınan ərazinin müasir şəhər məkanına çevrilməsi şəhər mühitinin yenilənməsi, ətraf mühitin bərpası və yeni iqtisadi fəallığın yaradılması baxımından əhəmiyyətlidir.

Bildirilib ki, belə layihələr şəhərsalma ilə yanaşı, turizm, daşınmaz əmlak, xidmət və digər sahələrdə də yeni investisiya imkanları yaradır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM