satellite   Azerspace-1: 11135 H 30000

Anar Quliyev: Yaşıl və rəqəmsal texnologiyalar şəhərsalmanın əsas istiqamətlərindəndir

Anar Quliyev: Yaşıl və rəqəmsal texnologiyalar şəhərsalmanın əsas istiqamətlərindəndir

Yaşıl binaların inşası, enerji səmərəliliyinin artırılması və şəhər idarəçiliyinin rəqəmsallaşdırılması dayanıqlı şəhər mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

NTV xəbər verir ki, bu sözləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Yaranan investisiya istiqamətləri: daşınmaz əmlak, turizm və şəhərsalma” mövzusunda panel müzakirəsində çıxışında bildirib.

O, müasir şəhərsalmanın inkişafında yaşıl texnologiyaların, enerji səmərəliliyinin və rəqəmsallaşmanın əhəmiyyətini vurğulayıb: “Smart və dayanıqlı şəhər inkişafı investorlar üçün də yeni imkanlar yaradır. Müasir texnologiyaların tətbiqi şəhərlərin iqtisadi potensialının artırılmasına, resurslardan daha səmərəli istifadəyə və yaşayış mühitinin yaxşılaşdırılmasına xidmət edir”.

Anar Quliyev qeyd edib ki, Azərbaycanda şəhərsalma siyasətinin əsas məqsədlərindən biri insanlara yönəlmiş, ekoloji baxımdan dayanıqlı və investisiya üçün əlverişli şəhər mühitinin yaradılmasıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM