satellite   Azerspace-1: 11135 H 30000

Şri-Lankada həbsxanada iğtişaşlar səbəbindən 19 nəfər ölüb, 50 nəfər xəsarət alıb

Şri-Lankada həbsxanada iğtişaşlar səbəbindən 19 nəfər ölüb, 50 nəfər xəsarət alıb

Şri-Lankanın qərbindəki Neqombo şəhərində həbsxanada baş qaldıran iğtişaşlar nəticəsində 19 nəfər ölüb.

NTV xəbər verir ki, bu barədə yerli polisə istinadən "Sinxua" agentliyi məlumat yayıb.

Bundan əlavə, bildirilib ki, azı 50 nəfər yaralanıb, onlar xəstəxanaya yerləşdirilib.

Qeyd edilib ki, ölənlər və yaralananlar arasında həbsxana əməkdaşları və təhlükəsizlik qüvvələri var.

İğtişaşlar iyulun 5-i saat 13:00 radələrində başlayıb, daha sonra vəziyyəti nəzarət altına almaq mümkün olub. Lakin bu gün səhər saatlarında zorakılıq yenidən alovlanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM