satellite   Azerspace-1: 11135 H 30000

UNICEF: Sudanda son altı ayda 300-dən çox uşaq öldürülüb

UNICEF: Sudanda son altı ayda 300-dən çox uşaq öldürülüb

2023-cü ilin aprel ayından bəri Sudan ordusu ilə hərbiləşdirilmiş Çevik Dəstək Qüvvələri (RSF) arasında müharibədə gedir.

NTV xəbər verir ki, UNICEF-in məlumatına görə, müharibə hazırda Kordofan, Darfur və Mavi Nil əyalətlərində davam edir və pilotsuz uçuş aparatları ilə döyüşlər itkilərin 60 faizinə səbəb olub.

BMT, ABŞ, Böyük Britaniya və digər ölkələrin rəsmiləri Şimali Kordofandakı strateji əl-Obeid şəhərinə nəzarət uğrunda RSF və ordu arasında gedən döyüşlər zamanı potensial vəhşiliklərlə bağlı narahatlıqlarını bildiriblər.

Münaqişə təqribən 59 min insanın ölümünə, təxminən 13 milyon nəfərin didərgin düşməsinə və Sudanda aclıq fəlakətinə səbəb olub. Hazırda 30 milyondan çox insanın humanitar yardıma ehtiyacı var.

PUA hücumları və atəşlər məktəblər, bazarlar, yanacaqdoldurma və su stansiyaları da daxil olmaqla mülki infrastrukturu hədəfə alıb və 500 mindən çox insanı təhlükə altına qoyub. Mülki əhali bir ildən çoxdur ki, mühasirəyə bənzər şəraitlə üzləşir.

UNICEF-in Sudan üzrə nümayəndəsi Şeldon Yett bildirib: “Uşaqlar amansız zorakılıq, köçkünlük və məhrumiyyətlərə məruz qalırlar”.

BMT münaqişə tərəflərini mülki şəxsləri və infrastrukturu qorumağa, təhlükəsiz, sürətli və maneəsiz humanitar yardıma imkan verməyə, uşaqları qorumaq üçün bütün mümkün tədbirləri görməyə çağırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM