satellite   Azerspace-1: 11135 H 30000

Sarı dəniz sahilində Çin-Rusiya birgə təlimi keçirilir

Sarı dəniz sahilində Çin-Rusiya birgə təlimi keçirilir

Rusiya Müdafiə Nazirliyi bazar ertəsi günü Moskva və Pekinin “Dəniz qarşılıqlı əlaqəsi-2026” birgə dəniz təliminə başladığını açıqlayıb.

NTV Rusiya mediasına istinadla xəbər verir ki, nazirlik açıqlamasında Çinin Sarı dəniz sahilindəki Qingdao limanında yerləşən dəniz bazasında açılış mərasiminin keçirildiyini, Rusiya Hərbi Dəniz Qüvvələri və Çin Xalq Azadlıq Ordusu Hərbi Dəniz Qüvvələri gəmilərinin komandirlərinin, həmçinin birgə komandanlıq qərargahının zabitlərinin tədbirə qatıldıqlarını bildirib.

Təlimlərə Rusiyanın kontr-admiralı Sergey Sinko və Çinin kontr-admiralı Qiu Vençen rəhbərlik edirlər.

İştirakçılara müraciət edən Sinko illik təlimlərin müdafiə xarakteri daşıdığını və heç bir üçüncü ölkəyə qarşı yönəlmədiyini deyib.

Nazirlik bildirib ki, mərasimdən sonra birgə qərargahın zabitləri və iştirakçı gəmilərin komandirləri dənizdə taktiki əməliyyatlar və planlaşdırılan təlimlərin həyata keçirilməsi prosedurlarını müzakirə etməyə başlayıblar.

Çin dövlət mediası təlimin başlandığını təsdiqləyərək bildirib ki, iki ölkə Şandun əyalətinin şərqindəki Qingdao şəhərindəki hərbi limanda dəniz təliminə başlayıb.

Çin ordusunun rəsmi sosial media hesabı olan “China Bugle”in məlumatına görə, səkkizgünlük təlim üç mərhələdə keçiriləcək: qüvvələrin toplanması, liman əsaslı planlaşdırma və dənizdə əməliyyatlar.

İllik birgə təlim 13 iyul tarixinə qədər Sarı dənizdə davam edəcək.

Təlim iki ordu arasında illik əməkdaşlıq planının bir hissəsidir və təhlükəsizlik təhdidlərinə birgə cavab vermək, regional sülh və sabitliyi qorumaq məqsədi daşıyır.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM