satellite   Azerspace-1: 11135 H 30000

Endi Börnhem İngiltərədə pub və klubların biznes vergisini 20 faiz endirir

Endi Börnhem İngiltərədə pub və klubların biznes vergisini 20 faiz endirir

Böyük Britaniyanın yeni Baş naziri Endi Börnhem İngiltərədə fəaliyyət göstərən pub, gecə klubu və canlı musiqi məkanları üçün biznes vergisinin 20 faiz azaldılacağını açıqlayıb.

NTV xəbər verir ki, Baş nazirin ofisinin yaydığı məlumata görə, yeni güzəşt 2027-ci ilin aprel ayından qüvvəyə minəcək və orta hesabla bir pubun gələn il təxminən 1100 funt sterlinq vergi qənaəti etməsinə imkan verəcək.

Hökumətin hesablamalarına əsasən, tədbirin dövlət büdcəsinə təxminən 100 milyon funt sterlinq başa gələcəyi gözlənilir. Bu vəsait bizneslər üçün tətbiq olunan bəzi vergi güzəştlərinə, o cümlədən elektron siqaret mağazalarına verilən güzəştlərin yenidən nəzərdən keçirilməsi hesabına maliyyələşdiriləcək. Güzəşt böyük canlı musiqi məkanlarına şamil olunmayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM