satellite   Azerspace-1: 11135 H 30000

Qlobal bazarın neft təchizatında yaşanan problemlər getdikcə daha da kəskin xarakter alır

Qlobal bazarın neft təchizatında yaşanan problemlər getdikcə daha da kəskin xarakter alır

Dünya bazarının neft təchizatında yaşanan problemlər getdikcə daha da kəskin xarakter almağa başlayıb. Bu gün İran İslam İnqilabı Keşikçiləri Korpusu (Sepah) ABŞ hərbi gəmilərinin müşayiəti ilə Hörmüz boğazından keçməyə çalışan tankerin idarəetmə mərkəzini partladaraq hərəkətini dayandırıb və ələ keçiriblər. Tankerin hansı dövlətə məxsus olması araşdırılır.

NTV xəbər verir ki, bundan başqa, yunanıstanlı milyarder Corc Prokopiuya məxsus “Kavomaleas” neft tankeri də hədəf alınıb. Hörmüz boğazı ilə hərəkət edən gəmi iki mərmi ilə vurulub, ardınca onun maşın bölməsində güclü yanğın başlayıb və heyət üzvləri gəmini tərk etmək məcburiyyətində qalıb. Tankerin sahibi olan "Dynacom" şirkəti gəminin yerinin dəyişdirilməsinə heç bir icazə vermədiklərini bildirib. Hazırda onun dəqiq koordinatları müəyyənləşdirilir. Qeyd edək ki, sözügedən gəmi Körfəzdən 500 min barel neft yükləməli idi.

Hər iki hadisə Avropa Kosmik Agentliyi tərəfindən qeydə alınıb. Bu hadisələr qlobal neft təchizatındakı problemləri daha da dərinləşdirir. Təsadüfi deyil ki, bu gün dünya bazarında neftin qiyməti 5 faiz artıb. Hazırda “Brent” neftinin bir bareli 97 dollara, “Light” nefti isə 89 dollara satılır.

Mütəxəssislər Yaxın Şərqdə vəziyyətin belə gərgin davam edəcəyi təqdirdə qiymətlərin daha da artacağını bildirirlər.

Artıq ABŞ və bir sıra Avropa dövlətlərində yanacağın qiymətinin artması ilə əlaqədar istehlak mallarının da qiyməti artıb və inflyasiya prosesi başlayıb. ABŞ İran ilə yaranan münaqişəni həll etmək üçün addımlar atır. Lakin bu addımlar əks təsir göstərir və problem dərinləşir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM