satellite   Azerspace-1: 11135 H 30000

Macarıstanda prezident postuna namizəd axtarışı davam edir

Macarıstanda prezident postuna namizəd axtarışı davam edir

Macarıstanda yeni respublika prezidentinin müəyyənləşdirilməsi ilə bağlı ictimai müzakirələr davam edir.

NTV xəbər verir ki, şahmat ustası Yudit Polqar namizəd olmaqdan imtina etdikdən sonra müxtəlif tanınmış şəxslərin adları yenidən gündəmə gəlib.

Hüquqşünas Peter Barandi, keçmiş hakim və vəkil Adrienn Laço, tarixçi İqnaç Romşiç kimi şəxslər mümkün namizədlər arasında göstərilir. Adrienn Laço bildirib ki, rəsmi təklif alacağı təqdirdə məsələni nəzərdən keçirə bilər. Peter Barandi isə dövlət başçısının seçilməsi prosesinin daha ləyaqətli və geniş ictimai razılıq əsasında aparılmasının vacibliyini vurğulayıb.

Parlamentin qanunvericilikdə nəzərdə tutulan müddətdə prezident postuna yeni namizədi seçməsi gözlənilir. Müzakirələr siyasi və ictimai dairələrdə davam edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM