satellite   Azerspace-1: 11135 H 30000

Tramp: Husilər məni çox məyus etdi

Tramp: Husilər məni çox məyus etdi

ABŞ Prezidenti Donald Tramp Yəmənin "Ənsar Allah" hərəkatının (husilər) fəaliyyətindən məyus olduğunu bildirib və ticarət gəmilərinə yeni hücumlar olacağı təqdirdə İrana sərt hərbi cavab veriləcəyi barədə xəbərdarlıq edib.

NTV xəbər verir ki, bu barədə ABŞ lideri "Truth Social" şəbəkəsində yazıb.

Trampın sözlərinə görə, bir il əvvəl ABŞ husilərin beynəlxalq gəmiçiliyə hücumlarına cavab olaraq onlara "çox güclü zərbələr" endirib.

"O vaxtdan bəri, eləcə də İranla münaqişəmiz dövründə onlar özlərini çox məsuliyyətli aparırdılar. Təəssüf ki, indi onlar yenidən hücumlara başlayaraq ötən gecə Səudiyyə Ərəbistanının iki gəmisini atəşə tutublar", - Tramp yazıb.

"Qoy "Truth"dakı bu bəyanat rəsmi xəbərdarlıq olsun: əgər belə hal təkrarlanarsa, Birləşmiş Ştatlar məsuliyyəti İranın üzərinə qoyacaq, çünki husilər onun müttəfiqləri və/və ya proksi qüvvəsidir", - Tramp vurğulayıb.

O əlavə edib ki, İranla bağlı da "sərt hərbi tədbirlər" görüləcək və bu, husilərə qarşı tətbiq ediləcək tədbirlərlə eynilik təşkil edəcək.

"Husilər məni çox məyus etdi, çünki indiyədək onlar son dərəcə peşəkar və ağıllı hərəkət edirdilər", - ABŞ Prezidenti əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM