satellite   Azerspace-1: 11135 H 30000

Zelenski Fyodorova hərbi innovasiyalar naziri postunu təklif edib

Zelenski Fyodorova hərbi innovasiyalar naziri postunu təklif edib

Ukrayna Prezidenti Volodimir Zelenski sabiq müdafiə naziri Mixail Fyodorova bir neçə vəzifə təklif edib, bunlardan sonuncusu baş nazirin müavini - hərbi innovasiyalar naziri postudur.

NTV xəbər verir ki, bu barədə "RBK-Ukrayna" Zelenskinin bəyanatına istinadən məlumat yayıb.

"Hesab edirəm ki, Mixail (Fyodorov - red.) də komandadadır, mən ona bir neçə vəzifə təklif etdim, sonuncu təklif baş nazirin müavini - hərbi innovasiyalar naziri postudur", - Zelenski bu gün Kiyevdə İrlandiyanın Baş naziri Mixol Martinlə keçirdiyi mətbuat konfransında bildirib.

O, həmçinin ölkənin sabiq baş naziri Yuliya Sviridenkoya Ukraynanın ABŞ-dəki səfiri vəzifəsini təklif etdiyini də bildirib.

Prezident əlavə edib ki, Rustem Umerov üçün yeni vəzifə üzərində düşünür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM