İran ABŞ Prezidenti Donald Trampın atəşkəs təklifini rədd edib.
NTV xəbər verir ki, bu barədə “The New York Times” qəzeti mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, İraqın Baş naziri Əli əl-Zeydi Tehrana səfəri zamanı ABŞ-nin atəşkəs təklifini İran rəhbərliyinə təqdim edib. Lakin İran tərəfi Hörmüz boğazı ilə bağlı məsələləri əhatə etməyən müvəqqəti razılaşmada maraqlı olmadığını bildirərək təklifi qəbul etməyib.
Qeyd olunur ki, Əli əl-Zeydi Tehranda Prezident Məsud Pezeşkian, parlament sədri Məhəmməd Bağır Qalibaf və xarici işlər naziri Abbas Əraqçi ilə görüşüb.
