satellite   Azerspace-1: 11135 H 30000

Əlcəzairdə meşə yanğınları nəzarət altına alınıb

Əlcəzairdə meşə yanğınları nəzarət altına alınıb

Əlcəzairdə bir neçə gündür tüğyan edən meşə yanğınlarının nəzarət altına alındığı, yalnız məhdud sayda yanğın ocaqlarında söndürmə işlərinin davam etdirildiyi bildirilib.

NTV xarici mediaya istinadla xəbər verir ki, Əlcəzairin daxili işlər naziri Səid Səyyud bu barədə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, son günlərlə müqayisədə ölkədə vəziyyət əhəmiyyətli dərəcədə yaxşılaşıb. Səid Səyyud qeyd edib ki, ötən həftənin cümə axşamından şənbə gününədək ölkənin müxtəlif vilayətlərində 160-dan çox yanğın ocağı qeydə alınıb. Yanğınlar bəzi vilayətlərdə bələdiyyələrin yarıdan çoxunu əhatə edib.

Nazir bildirib ki, yanğınlarla mübarizə məqsədilə 18 təyyarədən ibarət aviasiya qrupu səfərbər edilib. Onların arasında yanğınların söndürülməsi üçün nəzərdə tutulmuş 12 xüsusi təyyarə, ordunun istifadəsində olan iki iri təyyarə, həmçinin orduya və mülki müdafiə xidmətinə məxsus helikopterlər yer alıb. Bu isə yanğınların söndürülməsi əməliyyatlarının səmərəliliyini artırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM