satellite   Azerspace-1: 11135 H 30000

Media: Tramp İranla müharibə başlayandan sonra Netanyahudan məyus olub

Media: Tramp İranla müharibə başlayandan sonra Netanyahudan məyus olub

ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatların başlanmasından sonra İsrailin Baş naziri Benyamin Netanyahu ilə münasibətlərdə narazılıq yaşayıb.

NTV xəbər verir ki, bu barədə “The Wall Street Journal” ABŞ administrasiyasındakı yüksəkvəzifəli mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, Tramp münaqişə başlayandan bəri dəfələrlə Netanyahudan məyus olduğunu bildirib və bəzi hallarda köməkçilərinə İsrailin Baş naziri ilə görüşmək və ya danışmaq istəmədiyini deyib.

Qəzet qeyd edir ki, Tramp daha əvvəl “Axios” portalına müsahibəsində Netanyahu iyulun 28-də Vaşinqtonda keçiriləcək senator Lindsi Qrehemin dəfn mərasimində iştirak edəcəyi təqdirdə, onunla görüşməyə hazır olduğunu bildirmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM