satellite   Azerspace-1: 11135 H 30000

İran XİN ABŞ-nin təzminat məsələsinə aydınlıq gətirib

İran XİN ABŞ-nin təzminat məsələsinə aydınlıq gətirib

ABŞ tərəfi danışıqlar zamanı İrana təzminat ödəmək şərti ilə razılaşmayıb. 

NTV xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi müsahibə zamanı deyib.

"Lakin onlar anladılar ki, təzminat məsələsində İranın mövqeyi nəzərə alınmadan heç bir razılaşma əldə edilməyəcək. Məhz buna görə də ad və forma dəyişdirilərək, məsələ bərpa planı kimi təqdim olunub – üç yüz milyard dollarlıq bir fond. Bunun həyata keçirilib-keçirilməyəcəyini iddia etmirəm", - Əraqçi bildirib.

Onun sözlərinə görə, qarşıda duran digər böyük problem yekun razılaşmaya nail olmaqdır: "İkincisi isə, yekun razılaşma əldə olunsa belə, bir çox başqa hallarda olduğu kimi, hər şey öz yoluna düşənə qədər çoxlu mübahisələr, problemlər və fikir ayrılıqları yaranacaq".

Əraqçinin fikrincə, yaradılması nəzərdə tutulan yardım fondu təzminata ekvivalentdir: "Əks təqdirdə, anlaşma memorandumunda İrana üç yüz milyard dollar həcmində investisiya yatırılacağının qeyd edilməsinin heç bir mənası olmazdı".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM