satellite   Azerspace-1: 11135 H 30000

Mask: Sİ beş ildən sonra bütün bəşəriyyətin intellektini üstələyəcək

Mask: Sİ beş ildən sonra bütün bəşəriyyətin intellektini üstələyəcək

Beş ildən sonra süni intellekt (Sİ) bütün bəşəriyyətin intellektini üstələyə bilər.

NTV xəbər verir ki, bu barədə planetin ən zəngin insanı İlon Mask "Economist" nəşrinə müsahibəsində bildirib.

O deyib ki, Sİ təşviş və heyranlıq doğurur, lakin o, nikbinliyini qorumağa üstünlük verir.

Maskın fikrincə, təxminən 2036-cı ilə qədər robotlar və Sİ sistemləri həm fiziki, həm də intellektual əməyin böyük hissəsini yerinə yetirə biləcək. Bu şəraitdə insan üçün işləmək zərurətdən daha çox, könüllü bir seçimə çevriləcək.

O, həmçinin texnologiyaların bu cür inkişafının "misilsiz bolluğa" gətirib çıxaracağını və pulun tədricən əvvəlki əhəmiyyətini itirəcəyini ehtimal edib.

Milyarderin fikrincə, dövlətlərin vətəndaşları maliyyə ödənişləri ilə təmin etməsi kifayət edəcək, çünki maşınlar tərəfindən mal və xidmətlərin istehsalı faktiki olaraq məhdudiyyətsiz, deflyasiya riski isə inflyasiya riskindən yüksək olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM