satellite   Azerspace-1: 11135 H 30000

Astanada ilk dəfə aerotaksinin uçuş nümayişi keçirilir - FOTOLAR

Astanada ilk dəfə aerotaksinin uçuş nümayişi keçirilir<font color=red> - FOTOLAR</font> Astanada ilk dəfə aerotaksinin uçuş nümayişi keçirilir<font color=red> - FOTOLAR</font>

Astanada ilk dəfə vertikal qalxıb-enən elektrik hava gəmisi (eVTOL) əsasında aerotaksinin uçuş nümayişi keçirilir.

NTV xəbər verir ki, nümayiş “Qazanat” ippodromunun ərazisində reallaşır və Qazaxıstanda şəhər hava mobilliyinin (Urban Air Mobility, UAM) inkişafının növbəti mərhələsidir.

Uçuş üçün bir pilot və beş sərnişin üçün nəzərdə tutulan “AutoFlight Prosperity” sərnişin eVTOL-dan istifadə olunur. Qurğu saatda 200 kilometrədək sürət yığmaq və 200 kilometrədək məsafə qət etmək qabiliyyətinə malikdir.

Tədbirin təşkilatçıları Qazaxıstanın “Alatau Advance Air Group Ltd.” özəl şirkəti və onun beynəlxalq tərəfdaşı - Çinin “AutoFlight” şirkətidir.

Xatırladaq ki, Qazaxıstanda eVTOL-un ilk nümayiş uçuşları 2026-cı ilin may ayında Alatau şəhərində keçirilib. Ölkədə, hətta eVTOL-ların, vertiportların və pilotsuz hava hərəkətini idarəetmə sisteminin hüquqi statusunu təsbit edən qanunvericilik bazası da yaradılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM