satellite   Azerspace-1: 11135 H 30000

"Deutsche Welle": Zelenski gələn həftə ABŞ-yə səfər etməyi planlaşdırır

"Deutsche Welle": Zelenski gələn həftə ABŞ-yə səfər etməyi planlaşdırır

Ukrayna Prezidenti Volodimir Zelenskinin iyulun 28-də ABŞ-yə səfər edəcəyi gözlənilir.

NTV xəbər verir ki, bu barədə "Deutsche Welle"nin (DW) ABŞ-dəki müxbiri Mixail Komadovski "X" sosial şəbəkəsində məlumat verib.

Qeyd olunub ki, səfər çərçivəsində senator Lindsi Qremin dəfn mərasimində iştirak edəcək Zelenski Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla da görüşə bilər.

DW-nin məlumatına görə, bu görüşün formatı hələlik razılaşdırılma mərhələsindədir.

"Prezident Trampla görüş hazırlanır - rəsmilər onun formatını razılaşdırırlar: bu, dəfn mərasimi çərçivəsində görüş, şəxsi söhbət ya da Ağ Evə rəsmi səfər ola bilər", - Komadovski qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM