Maldiv Prezidenti Məhəmməd Muizzu ölkədə insan orqanlarının transplantasiyasını tənzimləyən ilk qanunu təsdiqləyib.
NTV Maldiv dövlət mediası “PSM News”a istinadla xəbər verir ki, "Orqan Transplantasiyası Qanunu" təhlükəsiz və keyfiyyətli transplantasiya xidmətləri üçün hüquqi çərçivə yaradır, donorların, resipiyentlərin və tibb işçilərinin hüquq və vəzifələrini müəyyənləşdirir.
Qanuna əsasən, milli transplantasiya siyasətini formalaşdıracaq Orqan Transplantasiyası Şurası yaradılacaq, xüsusi komitə isə transplantasiya müraciətlərini qiymətləndirəcək. Sənəddə, həmçinin qanunsuz transplantasiya prosedurlarına görə cinayət məsuliyyəti nəzərdə tutulur.
Qanun Hökumət Qəzetində dərc edildikdən 180 gün sonra qüvvəyə minəcək.
