satellite   Azerspace-1: 11135 H 30000

ABŞ Prezidentinin generik dərman tarifi planı Belçikada narahatlıq yaradıb

ABŞ Prezidentinin generik dərman tarifi planı Belçikada narahatlıq yaradıb

Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Trampın idxal olunan generik dərmanlara yüksək tarif tətbiq etmək planı Belçikanın əczaçılıq sənayesində narahatlıq doğurub.

NTV xəbər verir ki, bu barədə “The Brussels Times” nəşri yazıb.

Məlumata görə, plan ikiillik keçid dövründən sonra generik preparatlara əvvəlcə 100, sonra isə 200 faiz gömrük rüsumunun tətbiqini nəzərdə tutur.

Ekspertlər hesab edirlər ki, bu addım istehsalçıları ABŞ-də istehsal gücləri yaratmağa sövq etməyə yönəlib. Belçikada fəaliyyət göstərən əczaçılıq şirkətləri isə mümkün qərarın ixrac və investisiya planlarına təsir göstərə biləcəyini bildirirlər.

Analitiklər qeyd edirlər ki, generik dərmanların mənfəət marjası aşağı olduğundan istehsalın ABŞ-yə köçürülməsi çətin görünür. Sektor nümayəndələri yeni tariflərin qlobal tədarük zəncirinə və dərman qiymətlərinə təsir göstərə biləcəyini vurğulayırlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM