satellite   Azerspace-1: 11135 H 30000

ABŞ SEPAH-ın dəniz qüvvələrinin qərargahını hədəfə alıb

ABŞ SEPAH-ın dəniz qüvvələrinin qərargahını hədəfə alıb

ABŞ İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Gilan vilayətindəki dəniz qüvvələrinin qərargahını hədəfə alıb.

NTV xəbər verir ki, ABŞ İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Gilan vilayətinin Zibakənar şəhərində yerləşən dəniz qüvvələrinin qərargahına raket zərbəsi endirib.

Gilan vilayətinin administrasiyasının məlumatına əsasən, hücum bu gün səhər saatlarında baş verib. Nəticədə kompleksdə yerləşən avadanlıqların bir hissəsinə ziyan dəyib.

Bildirilib ki, indiyədək insan tələfatı ilə bağlı məlumat daxil olmayıb. Hadisənin bütün halları üzrə araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM