satellite   Azerspace-1: 11135 H 30000

Arxeoloqlar Bizans gəmisində tapılan qızıl əşyalarla bağlı maraqlı faktları üzə çıxarırlar

Arxeoloqlar Bizans gəmisində tapılan qızıl əşyalarla bağlı maraqlı faktları üzə çıxarırlar

Arxeoloqların fikrincə, Xorvatiyanın cənub sahillərində dənizin dibində on il əvvəl aşkar edilmiş Bizans dövrünə aid gəmidə tapılan qızıl zinət əşyaları yeni tarixi faktları üzə çıxarmağa imkan verir.

NTV “Reuters” agentliyinə istinadla xəbər verir ki, onların qənaətinə görə, bu əşyalar gəminin çox varlı şəxsləri və onları müşayiət edənləri daşıdığını göstərir. İllərdir davam edən sualtı tədqiqatların nəticələrini açıqlayan arxeoloqlar bildiriblər ki, qəza VII əsrdə baş verib və orada tapılan artefaktlar onun adi ticarət gəmisi olmadığını göstərir.

Əşyaların arasında dörd imperatordan ibarət Herakl sülaləsinə aid qızıl sikkələr, yaqut, zümrüd və mirvari ilə bəzədilmiş qolbaqlar, habelə üzərində imperatorun şəkli olan qızıl üzük var.

Dalğıc avadanlıqları ilə təchiz olunmuş arxeoloqlar komandası son on ili Adriatik dənizindəki Mljet adasının yaxınlığında qalıqları tapılan gəminin tarixini öyrənməyə sərf edib. Xorvatiyalı alim İqor Miholjek bildirib: “Bu, bütün Aralıq dənizində qəzaya uğramış gəmilərdə indiyə qədər tapılan ən böyük qızıldır. Təmizləmə və bərpadan sonra çəkildikdə, həmin əşyaların çəkisi 600 qramdan çoxdur”.

Roma imperiyasının varisi və mərkəzi Konstantinopol, indiki Türkiyənin İstanbul şəhəri olan Bizans imperiyası bir vaxtlar şərqi Aralıq dənizində hökmranlıq edirdi, lakin VIII əsrin əvvəllərində ərazilərini itirməyə başlayıb.

Stanford Universitetinin arxeologiya professoru Kestin Leydvanger bildirib: “Bu, mənim üçün həmin dövrə aid ən vacib tapıntıdır. Əgər siz Roma İmperiyasının sonlarını və orta əsrlər dünyasına çevrilməsini öyrənirsinizsə, Aralıq dənizi marşrutları ilə üzən və qəzaya uğrayan gəmilərdən çox qiymətli biliklər əldə edə bilərsiniz”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM