satellite   Azerspace-1: 11135 H 30000

İstanbulda yeni dəmir yolu layihəsi sayəsində ildə 33 milyon sərnişin daşınacaq

İstanbulda yeni dəmir yolu layihəsi sayəsində ildə 33 milyon sərnişin daşınacaq

İstanbul Şimal Dəmir Yolu Keçidi Layihəsi tamamlandıqdan sonra bu marşrut üzrə hər il 33 milyon sərnişin və 30 milyon ton yükün daşınması gözlənilir.

NTV xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

Nazir bildirib ki, İstanbulun Yavuz Sultan Səlim körpüsündən keçəcək layihə üzrə tikinti tenderi oktyabrın 14-də keçiriləcək. Layihənin dəyəri 6,75 milyard ABŞ dollarıdır və maliyyələşdirmə 6 beynəlxalq maliyyə qurumu tərəfindən təmin olunacaq.

Yeni dəmir yolu xətti şəhərin Gebze rayonundan başlayaraq Sabiha Gökçen və İstanbul beynəlxalq hava limanlarını Yavuz Sultan Səlim Körpüsü üzərindən Çatalca bölgəsi ilə birləşdirəcək. Xətt həm İstanbulun iki qitəsini birləşdirən Marmaray dəmir yolunun yükünü azaldacaq, həm də Asiya ilə Avropa arasında dəmir yolu yükdaşımalarının həcmini artıraraq Türkiyənin logistika imkanlarını gücləndirəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM