satellite   Azerspace-1: 11135 H 30000

Otuz bir əfqan miqrant Almaniyadan deportasiya edilib

Otuz bir əfqan miqrant Almaniyadan deportasiya edilib

Almaniya hökuməti 31 əfqan miqrantı öz ölkələrinə geri göndərib.

NTV xəbər verir ki, Almaniya Daxili İşlər Nazirliyinin məlumatında onların hamısının kişi olduğu bildirilib. Həmin şəxslər Lepysiq-Kabul çarter reysi ilə yola salınıblar. Onların böyük əksəriyyəti ağır və xüsusilə ağır cinayətlər törətmiş şəxslər olublar.

Daxili işlər naziri Aleksander Dobrindt Əfqanıstana deportasiyaların ardıcıl davam edəcəyini, cəmiyyətin təhlükəsizliyini təhdid edən şəxslərə Almaniyada yer olmadığını vurğulayıb.

“Bild” qəzeti ötən həftə üç əfqan cinayətkarın ayrı-ayrılıqda deportasiya edildiyini və bununla da hazırkı hökumətin fəaliyyəti dövründə Əfqanıstana göndərilən bu ölkə vətəndaşlarının ümumi sayının 204-ə çatdığını yazıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM