satellite   Azerspace-1: 11135 H 30000

İran Xəzər dənizində gəmiyə edilən hücuma görə Ukraynadan təzminat tələb edib

İran Xəzər dənizində gəmiyə edilən hücuma görə Ukraynadan təzminat tələb edib

Rəsmi Tehran Xəzər dənizində İranın mülki gəmisinə edilən hücumla bağlı Ukraynadan təzminat tələb edib.

NTV xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi ukraynalı həmkarı Andrey Sibiqa ilə baş tutan telefon danışığı ilə bağlı "X" sosial şəbəkəsində etdiyi paylaşımda vurğulayıb.

Əraqçi bildirib ki, Sibiqa onu İran gəmisinə hücumun qəsdən olunmadığına əmin edib.

"İran da eskalasiya istəmir, lakin vətəndaşlarımıza və ya maraqlarımıza qarşı hər hansı hücumun qəbuledilməz olduğunu açıq şəkildə bildirdim. İtkilərə görə təzminat ödənilməlidir", - o bildirib.

İran Xarici İşlər Nazirliyi iyulun 25-də Ukraynanın Xəzər dənizində İranın ticarət gəmisinə hücum etməsi nəticəsində bir heyət üzvünün həlak olduğu, ikisinin isə yaralandığına dair məlumat yayıb. Ukrayna lideri Volodimir Zelenski, öz növbəsində, "Telegram"da yazıb ki, Ukrayna Silahlı Qüvvələri Xəzərdə İrandan Rusiyaya hərbi yüklərin daşınması üçün istifadə olunan gəmiləri vurub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM