satellite   Azerspace-1: 11135 H 30000

Zelenski: Tramp Ukraynaya “Patriot” raketlərinin istehsalı üçün lisenziya verməyə razılaşıb

Zelenski: Tramp Ukraynaya “Patriot” raketlərinin istehsalı üçün lisenziya verməyə razılaşıb

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın Kiyevə “Patriot” zenit-raket kompleksləri üçün raketlərin istehsalına lisenziya verilməsinə razılıq verdiyini bildirib.

NTV xəbər verir ki, Zelenski bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.

Onun sözlərinə görə, iyulun 28-də Vaşinqtonda Donald Trampla keçirilən qapalı görüş zamanı bu məsələ müzakirə olunub və ABŞ Prezidenti lisenziyanın verilməsinə razılıq ifadə edib.

Ukrayna lideri əlavə edib ki, o, ABŞ hərbi sənaye şirkətlərinin nümayəndələri ilə də görüşüb və raketlərin birgə istehsalına ümid etdiyini bildirib.

Qeyd edək ki, Tramp iyulun 8-də Türkiyədə keçirilən NATO sammiti çərçivəsində Zelenski ilə görüşündə Vaşinqtonun “Patriot” sistemlərinin istehsalı üzrə lisenziyanı Ukraynaya verməyə hazır olduğunu bildirmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM