satellite   Azerspace-1: 11135 H 30000

Tramp: İnsanların ölməsindənsə, İranla razılığa gəlməyə üstünlük verərdim

Tramp: İnsanların ölməsindənsə, İranla razılığa gəlməyə üstünlük verərdim

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Tehranla danışıqlar apardığını və növbəti hərbi əməliyyatdansa saziş bağlamağa üstünlük verəcəyini bildirib.

NTV “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, Nevada ştatının Las-Veqas şəhərində çıxış edən Tramp iddia edib ki, İran rəsmiləri danışıqlar xahiş etməzdən əvvəl ABŞ İkinci Dünya Müharibəsindən bəri ən böyük hücuma hazırlaşırmış.

“Biz İkinci Dünya Müharibəsindən bəri ən böyük hücuma tam hazır idik, lakin onlar mənə zəng edərək xahiş etdilər ki, bunu etməyim. “Gəlin danışaq” - dedilər. Tehranın nüvə silahı əldə etməsinə icazə verilməyəcək. Mən İranla razılığa gəlməyə üstünlük verərdim, çünki insanların ölməsini istəmirəm”, - deyə ABŞ lideri əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM