satellite   Azerspace-1: 11135 H 30000

Paşinyan: "Ermənistan Elektrik Şəbəkələri" şirkəti konsessiya idarəetməsinə veriləcək

Paşinyan: "Ermənistan Elektrik Şəbəkələri" şirkəti konsessiya idarəetməsinə veriləcək

"Taşir" Şirkətlər Qrupunun rəhbəri Samvel Karapetyana məxsus olan "Ermənistan Elektrik Şəbəkələri" şirkəti konsessiya idarəetməsinə veriləcək.

NTV Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.

"Elektrik şəbəkələri" ilə bağlı biz konseptual səviyyədə qərar vermişik - bu, etibarlı idarəetməyə verilmiş dövlət mülkiyyəti olacaq", - o qeyd edib.

N.Paşinyanın sözlərinə görə, istehsalat müəssisələrinə, o cümlədən "Araratsement" zavoduna gəldikdə isə, onları dövlətin mülkiyyətində və idarəçiliyində qalması doğru olmaya bilər: "Bu müəssisələr özəlləşdirilməlidir, lakin şəffaf müsabiqələr yolu ilə. Bununla belə, dövlət səhm zərfini və direktorlar şurasında yerini qoruyub saxlamalıdır".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM