satellite   Azerspace-1: 11135 H 30000

Zelenski: Rusiyada "Başneft-Novoyl" və "Slavneft-YANOS" NEZ-lərinə zərbə endirilib

Zelenski: Rusiyada "Başneft-Novoyl" və "Slavneft-YANOS" NEZ-lərinə zərbə endirilib

Ukrayna Müdafiə Qüvvələri Başqırdıstandakı (Rusiya) "Başneft-Novoyl" neft emalı zavodunu (NEZ), həmçinin Yaroslavl vilayətindəki "Slavneft-YANOS" NEZ-i vurub.

NTV xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz teleqram kanalında yazıb.

V.Zelenski vurğulayıb ki, Başqırdıstandakı "Başneft-Novoyl" NEZ cəbhə xəttindən 1 300 kilometrdən çox, Yaroslavl vilayətindəki NEZ isə sərhəddən demək olar ki, 700 kilometr məsafədə yerləşir.

Bundan əlavə, V.Zelenski Ukrayna qüvvələrinin Qara dənizdəki uğurlu əməliyyatları barədə məlumat verib. Onun sözlərinə görə, Rusiyanın iki hərbi patrul kateri, eləcə də "kölgə donanması"nın gəmiləri vurulub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM