satellite   Azerspace-1: 11135 H 30000

Buenos-Ayresdə etiraz aksiyası toqquşma ilə nəticələnib

Buenos-Ayresdə etiraz aksiyası toqquşma ilə nəticələnib

Argentinanın paytaxtı Buenos-Ayresdə nümayişçilərlə polis arasında toqquşmalar baş verib.

NTV  xarici mediaya istinadla xəbər verir ki, etiraz aksiyası zamanı bir neçə nəfər xəsarət alıb. Saxlanılanlar var.

Aksiya iştirakçıları "Şəxsi mülkiyyətin toxunulmazlığı haqqında" qanun layihəsinə etiraz etmək üçün Konqresin qarşısında toplaşıblar. Bir qədər sonra etirazçılarla polis arasında toqquşma baş verib.

Polis kütləni dağıtmaq üçün gözyaşardıcı qaz, su şırnaqları və rezin güllələrdən istifadə edib.

Aksiyaçılar əcnəbilərə torpaq satışı qaydalarının dəyişdirilməsi ilə bağlı qanun layihəsinə etiraz edirlər. Onlar xarici vətəndaşların torpaq mülkiyyətinin icazə verilən faizini 15 %-dən 25 %-ə qədər artırılmasına qarşı çıxırlar.

Hakimiyyət mübahisəli müddəanı ləğv etsə də, etirazlar davam edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM