satellite   Azerspace-1: 11135 H 30000

Kallas: Aİ Rusiyanın hərbi-sənaye kompleksi ilə əlaqəli beş şəxsə qarşı sanksiyalar tətbiq edib

Kallas: Aİ Rusiyanın hərbi-sənaye kompleksi ilə əlaqəli beş şəxsə qarşı sanksiyalar tətbiq edib

Avropa İttifaqı (Aİ) bu gün Rusiyanın hərbi-sənaye kompleksi ilə əlaqəli beş şəxsə qarşı yeni sanksiyalar tətbiq edib.

NTV xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas "X" sosial şəbəkəsində bildirib.

Onun sözlərinə görə, qərar Rusiyanın Ukraynaya endirdiyi növbəti silsilə aviazərbələr fonunda qəbul edilib.

"Ukraynaya hər yeni hücum Avropanın Rusiyaya təzyiqi artırması üçün daha bir səbəbdir. Rusiyanın sonuncu dəfə endirdiyi aviazərbələrə cavab olaraq Aİ bu gün Rusiyanın hərbi-sənaye kompleksi ilə əlaqəsi olan beş şəxsə qarşı yeni sanksiya siyahıları qəbul edib", - Kallas yazıb.

Avropa diplomatiyasının rəhbəri əlavə edib ki, Aİ Moskva müharibəni dayandırana qədər Rusiyaya təzyiqi artırmağa davam etməlidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM