satellite   Azerspace-1: 11135 H 30000

Şimali Kipr Prezidenti: Nikosiya BMT Baş katibinin adanı minalardan təmizləmək təklifini rədd edib

Şimali Kipr Prezidenti: Nikosiya BMT Baş katibinin adanı minalardan təmizləmək təklifini rədd edib

Yunan Kipr icmasının rəhbərliyi BMT-nin Baş katibi Antonio Quterreşin adadakı minalanmış sahələri təmizləmək təklifini rədd edib.

NTV xəbər verir ki, bu barədə Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Tufan Erhürman BMT Baş katibinin Kiprə son səfərinin nəticələrini şərh edərkən bildirib.

Kipr türklərinin liderinin sözlərinə görə, BMT Baş katibinin təşəbbüsü bufer zonasından başlayaraq adadakı bütün minaları təmizləmək idi ki, bu da Kiprdə etimadın qurulması istiqamətində əhəmiyyətli addım olardı.

“Türk tərəfi təklifi dəstəklədi, yunan Kipri administrasiyasının rəhbəri Nikos Xristodulides isə bundan imtina etdi”, - deyə Erhürman qeyd edib. O, Kiprin minalardan təmizlənməsi məsələsinin uzun müddətdir BMT hesabatlarının mövzusu olduğunu xatırladıb.

ŞKTC Prezidenti, həmçinin Antonio Quterreşin Kiprin iki hissəsi arasında yeni sərhəd-keçid məntəqələrinin açılması, qanunsuz miqrasiya və təbii fəlakətlərlə mübarizə üzrə birgə səylər göstərilməsi barədə mövqeyindən danışıb.

“Əsas müzakirələr hazırda yeni sərhəd-keçid məntəqələrinin açılmasına yönəlib. Gündəlikdə duran digər məsələlərlə bağlı da fikir ayrılıqları var”, - deyə siyasətçi bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM