satellite   Azerspace-1: 11135 H 30000

Aİ Rusiyaya qarşı ən böyük sanksiya paketini hazırlayır

Aİ Rusiyaya qarşı ən böyük sanksiya paketini hazırlayır

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas Rusiyaya qarşı 22-ci sanksiyanı elan edib. Onun sözlərinə görə, bu, 2022-ci ildən bəri ən böyük sanksiya paketi olacaq.

NTV-nin "Die Welt"ə istinadən məlumatına görə, yeni paketin qəbul edilməsi Aİ sanksiyalarına məruz qalan Rusiyanın fiziki və hüquqi şəxslərinin sayını təxminən üçdə bir qədər artıracaq.

K.Kallas bildirib ki, Brüssel bu payız Rusiyaya qarşı sanksiya təzyiqini artırmaq niyyətindədir.

Xatırladaq ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya qarşı yeni sanksiyaların hazırlandığını açıqlayıb. O, məhdudiyyətlərin Rusiyanın hərbi-sənaye və maliyyə sektorlarına, eləcə də vasitəçilərə təsir edəcəyini bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM