satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna ordusu Rusiyanın 30-dan çox dronunu məhv edib

Ukrayna ordusu Rusiyanın 30-dan çox dronunu məhv edib

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, son sutka ərzində Rusiya ordusu Dnepropetrovsk, Zaporojye və Xarkov vilayətlərinə 20 raket zərbəsi endirib.

Naxçıvan televiziyası xəbər verir ki, Baş Qərargahı səhər məlumatında Rusiya Silahlı Qüvvələrinin qanadlı raketlər, “İsgəndər-M” ballistik raketləri və S-300 zenit raketlərindən istifadə etdiyi bildirilir. Bundan əlavə, Rusiya ordusu Ukraynaya qarşı 48 “Şahed” kamikadze PUA-sı tətbiq edib.

Mayın 22-də Ukrayna hərbi aviasiyası düşmənin şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi ərazilərə 8, eləcə də zenit-raket komplekslərinə 2 zərbə endirib.

“Müdafiəçilərimiz son sutka ərzində 4 ədəd X-101/X-555 qanadlı raketini, bir Mi-24 hücum helikopterini, 23 “Şahed” dronu və 9 kəşfiyyat PUA-sını məhv ediblər”, - deyə məlumatda bildirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM