satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda havanın temperaturu 3-5 dərəcə enəcək - XƏBƏRDARLIQ

Naxçıvanda havanın temperaturu 3-5 dərəcə enəcək<font color='red'> - XƏBƏRDARLIQ</font>

Naxçıvan Muxtar Respublikası ərazisində noyabrın 25-də hava şəraitinin yağıntılı olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən NTV-yə verilən məlumata görə, bəzi yerlərdə fasilələrlə yağış, dağlıq ərazilərdə isə qar yağacaq. Ayrı-ayrı ərazilərdə yağıntıların intensiv olacağı, şimşək çaxacağı ehtimal edilir.

Havanın temperaturunun əvvəlki günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcəyi proqnozlaşdırılır.

Qərb küləyi saniyədə 5-10 metr sürətlə əsəcək, bəzi yerlərdə arabir 15-20 metrədək güclənəcək.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM