satellite   Azerspace-1: 11135 H 30000

PSJ "Benfika"nın futbolçusu Canluka Prestiannini heyətinə qatmaq niyyətindədir

PSJ "Benfika"nın futbolçusu Canluka Prestiannini heyətinə qatmaq niyyətindədir

Fransanın PSJ klubu Portuqaliya təmsilçisi "Benfika"nın futbolçusu Canluka Prestiannini heyətinə qatmaq niyyətindədir.

NTV "Record"a istinadən xəbər verir ki, Paris təmsilçisinin marağına baxmayaraq 20 yaşlı vinger qış "transfer pəncərəsi"ndə Portuqaliya komandasını tərk etməyi planlaşdırmır.

Xviça Kvaratsxeliyanın və Dezir Duenin zədələnməsindən sonra Paris təmsilçisi hücumçu axtarışlarını davam etdirir.

Bununla yanaşı, "Benfika" Prestianni ilə müqavilənin müddətinin 2031-ci ilədək uzadılması ilə bağlı danışıqlar aparır. Hazırkı sözləşmənin müddəti isə 2029-cu ilə qədərdir və sərbəstqalma məbləği 100 milyon avro təşkil edir.

Qeyd edək ki, argentinalı futbolçu cari mövsümdə Portuqaliya təmsilçisinin heyətində bütün turnirlərdə 21 matça çıxıb, 13 qol vurub və 6 məhsuldar ötürmə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft ucuzlaşıb

11:08 24.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM