satellite   Azerspace-1: 11135 H 30000

Lökbatanda topun ardınca qaçan uşaq həyatını itirib

Lökbatanda topun ardınca qaçan uşaq həyatını itirib

Noyabrın 22-si saat 13:00 radələrində Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən yaşayış zonalarından birində 10 yaşlı qız avtomobil vurması nəticəsində həyatını itirib.

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) NTV-yə verilən məlumata görə, yaşıdları ilə oynayan qızcığazın meydançadan kənara düşən topu gətirməyə gedərkən yolun hərəkət hissəsini qaçaraq keçməsi, eləcə də yaşayış zonası üçün nəzərdə tutulmuş sürət həddindən artıq sürətlə hərəkət etməsi ehtimal olunan sürücünün yola qaçan uşağı görməməsi sonda hər iki tərəf üçün bərpası mümkün olmayan itkilərə yol açıb.

“Uşaq və yeniyetmələrin, eləcə də istirahət edən, təsərrüfat işi görən, yaxud evinə tələsən əhalinin daha çox olduğu yaşayış zonlarında belə faciələrin yaşanmaması üçün sürücü və piyadaların üzərinə qanunla nəzərdə tutulmuş konkret vəzifələr düşür. BDYPİ bütün tərəflərə, xüsusilə sürücülərə müraciət edərək, onları yaşayış zonasının sakitlik və təhlükəsizlik məkanı olduğunu unutmamağa, belə ərazilərdə ehtiyatla, piyadalara münasibətdə isə hər zaman ehtiramla davranmağa çağırır”,- deyə məlumatda bildirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft ucuzlaşıb

11:08 24.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM