Ras-əl-Xaymədə (BƏƏ) sərnişin avtobusu və yük maşınının toqquşması nəticəsində 11 nəfər ölüb.
NTV "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə BƏƏ-nin Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdəki məlumatında deyilir.
Xilasetmə işlərinə təcili tibbi yardım və mülki müdafiə briqadaları cəlb olunub.
Yol qəzasının səbəbləri araşdırılır.
