satellite   Azerspace-1: 11135 H 30000

Avstraliya süni intellekti xarici siyasətinin əsas çağırışlarından biri kimi nəzərdən keçirmək niyyətindədir

Avstraliya süni intellekti xarici siyasətinin əsas çağırışlarından biri kimi nəzərdən keçirmək niyyətindədir

Avstraliya süni intellekti ölkənin xarici siyasət gündəliyini müəyyən edən əsas amillər sırasına daxil etmək niyyətindədir.

NTV  “Reuters” agentliyinə istinadla xəbər verir ki, bu, ölkənin xarici işlər naziri Penni Vonqun parlamentdə edəcəyi çıxışının əsas mövzularından biridir.

Nazirin qiymətləndirməsinə görə, süni intellektin və digər yeni texnologiyaların sürətlə yayılması iqtisadi və strateji tarazlığı dəyişir, cəmiyyətə və silahlı qüvvələrə təsir göstərir. O, həmçinin süni intellekt vasitələrindən istifadə etməklə demokratik proseslərə xarici müdaxilənin baş vermə risklərinə diqqət çəkmək niyyətindədir.

Kanberra kritik infrastrukturun dayanıqlığının və kibertəhlükəsizliyin gücləndirilməsini, eləcə də qabaqcıl modellərin təhlükəsizliyi sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsini hədəfləyir. Avstraliya texnoloji investisiyaları və innovasiyaları dəstəkləyir, lakin texnologiyaların hazırlanma sürətinin ehtiyat tədbirlərindən üstün tutulduğu yanaşmanın əleyhinə çıxış edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM