satellite   Azerspace-1: 11135 H 30000

Cənubi Koreya naziri Qətərdən LNG tədarükündə ölkəsinə üstünlük verilməsini istəyib

Cənubi Koreya naziri Qətərdən LNG tədarükündə ölkəsinə üstünlük verilməsini istəyib

Qətər LNG ixracını bərpa etdikdən və Hörmüz boğazında naviqasiya normallaşandan sonra Cənubi Koreyaya qaz tədarükünə üstünlük verməlidir.

NTV  “Yonhap” agentliyinə istinadla xəbər verir ki, bunu Cənubi Koreyanın ticarət, sənaye və resurslar naziri Kim Çjon Kvan Qətərin enerji məsələləri üzrə dövlət naziri Səd bin Şəridə əl-Kəabi ilə bu gün Seulda görüşündə bildirib.

Cənubi koreyalı nazir vurğulayıb ki, Qətər ölkəsinin LNG sahəsində əsas tərəfdaşıdır və əməkdaşlıq enerji tədarükünün davamlılığı baxımdan çox əhəmiyyətlidir.

Məlumata görə, ABŞ-İran müharibəsi başlayana qədər Qətər ABŞ-dən sonra dünyanın ikinci ən böyük LNG ixracatçısı olub. Lakin mart ayında Ras-Laffan ixrac kompleksinin raket hücumları nəticəsində zədələnməsindən sonra ölkə fors-major vəziyyəti elan edərək LNG tədarükünü dayandırıb. Nəticədə, Cənubi Koreyanın bu ilin yanvar-sentyabr aylarında Qətərdən LNG idxalı azalaraq 1,7 milyon ton təşkil edib. Ötən il isə bu göstərici təxminən 7 milyon ton olub. Bununla da Qətər Cənubi Koreyanın LNG tədarükçüləri sırasında altıncı yerə düşüb.

Görüşdə, həmçinin elektrik stansiyalarının tikintisi və gəmiqayırma sahələrində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib. Cənubi Koreya tərəfi Qətərdə yeni layihələrdə iştirak etmək istəyən şirkətlərinə dəstək göstərilməsini xahiş edib.

Nazirliyin məlumatına görə, 2021–2025-ci illərdə Cənubi Koreya mühəndislik şirkətləri Qətərdə ümumi dəyəri 11 milyard dollar olan elektrik stansiyası layihələrində iştirak edib. 2022–2024-cü illərdə isə Koreya gəmiqayırma şirkətləri Qətər üçün 98 gəminin tikintisinə dair sifarişlər əldə ediblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM