Polşanın şimalındakı Biskupetsdə hindquşu yetişdirmə fermasında yüksək patogenli H5N1 quş qripi epidemiyası aşkar edilib.
NTV xəbər verir ki, bu barədə "Reuters" Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına (WOAH) istinadən məlumat yayıb.
Təşkilatın Polşa hakimiyyət orqanlarından əldə etdiyi məlumata görə, fermada 18 723 hindquşundan 587-si tələf olub. Qalan quşlar məhv edilib.
Bu, may ayından bəri Polşada ev quşları arasında ilk H5N1 epidemiyasıdır.
