satellite   Azerspace-1: 11135 H 30000

Almaniyada yüzlərlə məktəbə bomba təhdidi barədə elektron məktublar göndərilib

Almaniyada yüzlərlə məktəbə bomba təhdidi barədə elektron məktublar göndərilib

Almaniyanın bir sıra əyalətlərində yüzlərlə məktəbə bomba təhdidi ilə bağlı elektron məktublar göndərilib.

NTV  xəbər verir ki, səhər saatlarından daxil olan təhdidlər səbəbindən bəzi təhsil müəssisələrində dərslər dayandırılıb, ayrı-ayrı məktəblər isə ehtiyat tədbiri olaraq boşaldılıb.

Hadisələr Türingiya, Saksoniya-Anhalt, Baden-Vürtemberq, Saksoniya, Brandenburq, Hamburq, Aşağı Saksoniya və digər əyalətlərdə qeydə alınıb. Baden-Vürtemberqdə 450, Saksoniya-Anhaltda isə təxminən 260 məktəbə təhdid məktubları göndərilib. Leypsiqdə 80-dən çox, Kemnitsdə 70, Drezdendə 20-dən artıq belə hal aşkarlanıb. Hamburqda 12 məktəb hədələrin hədəfinə çevrilib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, təhdidlərin real təhlükə yaratdığına dair hər hansı sübut yoxdur. Türingiya polisi məktəblərə fəaliyyətlərini normal qaydada davam etdirməyi tövsiyə edib. Baden-Vürtemberqdə hadisələrin genişmiqyaslı polis əməliyyatına səbəb olmaq məqsədi daşıdığı ehtimal edilir. Təhdid məktublarının müəllifləri hələ müəyyən edilməyib. Faktlarla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM